Məkkənin əsas məscidindəki xütbələr indi iki xarici dilə sinxron tərcümə edilir
1. 231 dəfə baxılıb
28 fevraldan Məkkədə yerləşən İslamının əsas məscidi – Əl-haram Məscidindəki xütbələr iki xarici – ingilis və urdu dillərinə sinxron tərcümə olunur.
Bütün islam xütbələrinin adətən aparıldığı ərəb dilini bilməyən müsəlmanlar başqa dindarlarla bir vaxtda Əl-haram Məscidində qulaqcıqlar vasitəsilə xütbələrə bu iki xarici dildə qulaq asa bilir, “Əl-Cəzirə” telekanalına istinadən “İTAR-TASS” xəbər verir.
İmamın xütbəsinin sinxron tərcüməsi eşidiləcək qulaqcıqları cümə namazından bir az əvvəl əldə etmək olar. Tərcümə qısa dalğalar diapazonunda müəyyən tezliklərdə ötürülür.
İlkin təcrübənin müsbət nəticə verəcəyi və əcnəbi müsəlmanların pozitiv reaksiya verəcəyi halda xütbənin sinxron tərcüməsi təcrübəsi islam dünyasında əhəmiyyətinə görə ikinci olan Mədinə şəhərindəki Məscid ən-Nəbəvidə tətbiq olunacaq.
Məkkədə cümə namazı günü Əl-haram Məscidinin ərazisində bir milyona yaxın dindar toplanır, onlar məscidin nəinki həyətində, həmçinin onun çoxsaylı eyvanlarında, və onların damlarında yer tutur.
“Mənim məscidimdə (qılınan) bir namaz başqa məscidlərdə (qılınan) min namazdan üstündür. Amma Məkkədəki Əl-haram Məscidi istisnadır, burada qılınan bir namaz istənilən başqa yerdə qılınan yüz min namazdan üstündür”. (Əhməd).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)