Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məkkənin imamı: “Həcc mövsümündə siyasi və irqi çağırışlar etməyin” – FOTO

Sentyabr 02
19:08 2016

Selefxeber.az-ın sabq.org saytına istinadən məlumatına görə Məkkə şəhəri əl-Həram məscidinin imamı Professor Şeyx Mahir bin Həməd əl-Mueyqili Cümə xütbəsinə başlayarkən əvvəlcə insanları Allahdan qorxmağa, hər halında Allahı düşünüb addım atmağa təşviq etdi. Daha sonra Həcc mövsiminin tarixindən bəhs etdi. Peyğəmbərimiz Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) həcc edərkən yaşının altmışdan çox olduğuna toxundu.

Daha sonra həcc mövsümünü Allahın təkliyinə şahidlik edən bir ibadət olduğunu diqqətə çatdırdı. Həccdən özlərinin siyasi və irqi maraqları üçün istifadə edənləri kəskin qınayıb, dinimizin buna qarşı olduğunu diqqətə çatdırdı.

Müsəlmanları Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vida xütbəsində çağırdığı Qurani-Kərim və pak sünnə ətrafında birlik və bərabərliyə səslədi.

📷

57c96c8fab84a

Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah taala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılma¬yın!…” (Ali İmran: 103).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).

Digər xəbərlər