Mərakeşdə şiddətli yağışlar 32 nəfərin ölümünə səbəb olub
Noyabr 25
13:45
2014
755 dəfə baxılıb
Mərakeşin cənub əyalətlərində noyabrın 22-dən başlayan şiddətli yağış və daşqınlar nəticəsində 32 nəfər ölüb, 6 nəfər itkin düşüb.
“Sələf Xəbər” APA-ya, o da İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən çox ziyan çəkən ölkə Quelmim əyalətidir. Burada 24 nəfər təbii fəlakətin qurbanı olub.
Hazırda itkin düşənlərin tapılması üçün xilasedicilər tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.”
Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr