Məscid əl-Həramda genişləndirmə işləri aparılır – FOTO
May 21
18:31
2015
1. 068 dəfə baxılıb
“Sələf Xəbər” ilmfeed.com saytına istinadən Məscid əl-Həramda (Hörmətli Məscid) aparılan genişləndirmə işləri əks olunmuş 20 şəkli təqdim edir:
Aşağıda təqdim olunmuş 20 şəkildə Məkkədə yerləşən Məscid əl-Həramda aparılan genişləndirmə işləri təsvir olunub. Bu, məscidin tarixində ən böyük və ən iddialı genişləndirmə layihəsidir. Hal-hazırda genişləndirmə işləri üçüncü mərhələdədir.
Osmanlı imperiyası dövründən qalmış sütunlu eyvanlar Matafı (təvaf ərazisi) genişləndirmək üçün yenidən inşa edilir. Genişləndirmə işləri bitdikdən sonra, Matafın ərazisində eyni vaxtda 105 min zəvvar ibadət edə biləcək.
Sələf Xəbər: Allah-Təala məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)