Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məscid tamamilə yanıb

Dekabr 24
19:38 2014

Azərbaycanın Masallı rayonunda yanğın hadisəsi baş verib.

“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Bədəlan kənd məscidində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb.

Nəticədə, ümumi sahəsi 150 kvadratmetr olan məscid içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.

İlkin versiya kimi yanğının qaz sobasından başladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

“Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.”

Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə

Digər xəbərlər