Məsciddə faciə: 24 nəfər öldü
901 dəfə baxılıb
“Sələf Xəbər”-in Rosbalt xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Pakistanın şərqində məscidin tavanının çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Hadisə Lahor şəhərinin Daroqhavala yaşayış məntəqəsində zöhr namazı vaxtı baş verib. Faciənin baş verdiyi an məsciddə 40-dan çox insanın olduğu bildirilir.
Məscid tavanının çökməsinə ilkin səbəb kimi ölkədə son həftədə aramsız yağan leysan yağışları göstərilir.
Sələf Xəbər: Hər bir insan Qiyamət günü sonuncu etdiyi əməlləri ilə diriləcəkdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim hansı əməl üzərində ölərsə Allah həmin əməllə də onu dirildər”. (Əhməd, 3/314. Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).
Bundan başqa faciəvi şəkildə ölənlər üçün şəhidlikdən bir pay vardır. Belə ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Allah yolunda döyüşdə öldürülənlərdən əlavə, şəhidlik yeddi növdür: taun xəstəliyinə tutulan və ondan ölən – şəhiddir; boğularaq ölən – şəhiddir; ağ ciyər iltihabına tutulan və ondan ölən – şəhiddir; qarın xəstəliyindən ölən – şəhiddir, yanaraq ölən – şəhiddir; dağıntılar altında qalaraq ölən – şəhiddir; hamiləlik səbəbi ilə ölən qadın – şəhiddir”. (Bu hədisi Malik 554, Əhməd 5/446 və b. rəvayət etmişdir. Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)
Allahdan, bu faciədə ölən qardaş və bacılarımıza rəhmət diləyirik.