Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məsciddə terrorçu-kamikadze özünü partladıb

Oktyabr 23
16:59 2015

Pakistanın cənub-qərbində terrorçu-kamikadze məsciddə özünü partladıb, nəticədə azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, partlayış Belucistan əyalətinin paytaxtı Kvetta şəhərindən 170 km aralıda törədilib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

XX əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir: “Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur”. (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları)

Digər xəbərlər