Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məscidə hücum və 23 ölü

Yanvar 06
19:46 2015

İraqın Ənbar vilayətində iki terrorçu-intiharçının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 23 əməkdaşı ölüb.

“Sələf Xəbər”-in Trend-ə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 21 nəfər xəsarət alıb.

Məlumata görə, terrorçular Əl-Cubba regionundakı təhlükəsizlik qüvvələri əməkdaşlarının olduğu məscidə hücum ediblər.

Partlayış nəticəsində ilkin olaraq 10 nəfər ölüb. Bundan sonra baş vermiş atışma zamanı daha 13 təhlükəsizlik əməkdaşı dünyasını dəyişib.

Terror aktına görə məsuliyyəti hələlik heç kəs üzərinə götürməyib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə).

Digər xəbərlər