Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məscidi muzeyə çevirmək istədilər

İyul 02
16:39 2015

Bolqarıstanın Karlova şəhərində qədim tarixi məscidin muzeyə çevrilməsi istəyi müsəlmanlarn etirazına səbəb olub.

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən xəbərinə görə, dünən Karlova şəhərində toplanan Bolqarıstan müsəlmanları etiraz aksiyası keçiriblər. Müsəlmanlar əllərində “Məscidlərə qarşı nifrətə son verin”, “Kimsə məscidlərimizi yox edə bilməz” kimi şüarlar yazılmış plakatlarla yürüşə çıxıblar.

Etiraz aksiyasına Bolqarıstan Baş müftisi Mustafa Alış Hacı və Cənubi Bolqarıstanın bölgə müftiləri də qoşulublar. Mustafa Alış Hacı bildirib ki, Avropa Birliyi üzvü olan Bolqarıstanda müsəlmanlar sülh və əmin-amanlıq içində yaşamaq istəyirlər. O, qeyd edib ki, müsəlman birliyi Karlova Bələdiyyəsinin Kurşun məscidini muzeyə çevrilməsi istəyinə qarşıdır. Məscidin hal-hazırda fəaliyyət göstərməməsi heç bir zaman göstərməyəcəyi anlamına gəlmir. Baş müfti yerli rəhbərliyin məscidi muzeyə çevirmək cəhdinin ilk olmadığını da vurğulayıb.

Aksiyada Bolqarıstan müsəlmanları Baş müftiliyinin baş katibi Əhməd Əhmədov da bəyannamə ilə çıxış edib. Bəyannamədə deyilir ki, islamofobiya xətti üzrə siyasət yürüdən yerli rəhbərlik məscid bölgəsində arxeoloji qazıntılar apararaq bölgə müsəlmanlarının narazılığına səbəb olur.

Əllərində məscidə aid 1920 -ci ildən qalma sənəd olduğunu bildirən Ə.Əhmədov məcsidin yenidən fəaliyyət göstərməsi üçün məhkəməyə müraciət etdiklərini və mübarizəyə qərarlı olduqlarını da qeyd edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər