Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Mina çadır şəhərciyində daşatma mərasiminə belə nəzarət edilir – FOTO

Sentyabr 15
16:43 2016

Selefxeber.az-ın xarici mənbələrə istinadən məlumatına görə Mina çadır şəhərciyində daşatma mərasiminin icra olunduğu (ərəb. Cəmərat) əraziyə xüsusi nəzarət vardır. Beş yüz video kamera ilə izlənən məkanda daşatma mərasimini tam müşahidə etmək və lazımi qabaqcıl tədbirləri görmək mümkündür.

Bayram günü daş atan ziyarətçilərin sayı iki milyon üç yüz yeddi min (2.307.000) nəfərə çatmış, lakin heç bir izdiham, yaxud narahatçılıq halı yaranmamışdır.

Müşahidə mərkəzindən verilən məlumatda deyilir ki, ümumiyyətlə həcc mövsümü ərzində daşatma zamanı heç bir insident, böyük problem müşahidə edilməmişdir.

Mərkəzin rəhbərinin sözlərinə görə həccin rahat və problemsiz keçməsinin əsas səbəbi iş planının uğurlu icra edilməsi olmuşdur. Həccə gələn ziyarətçilərin tələb olunan hərəkət qrafikinə riayət etməsi də bu iş qrafikinin rahat icra edilməsinə kömək olmuşdur.

Qeyd edək ki, keçən il Mina çadır şəhərciyində kütləvi insan tələfatı baş vermişdi. Səbəb kimi bəzi həcc qruplarının hərəkət qrafikinə müxalif olması göstərilmişdi.

📷

57da44697d402

57da441fa5f00

57da44334d945

57da447852d62

57da447b0b7ab

57da442c3a9c3

Digər xəbərlər