Misir fələstinlilərin Həccə getməsi üçün sərhəd məntəqəsini açdı – VİDEO
Sentyabr 08
15:45
2015
702 dəfə baxılıb
Misir hökuməti Qəzzada yaşayan fələstinlilərin Həcc ziyarətini asanlaşdırmaq üçün Rifah sərhəd-nəzarət məntəqəsini yenidən açıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, artıq ilk Həcc karvanı Qəzzadan yola düşüb.
Fələstin rəsmilərinin məlumatına görə, sərhəd qapısı 3 gün açıq saxlanılacaq.
Xatırladaq ki, bu il Qəzzadan Həcc ziyarətinə 2450 nəfərin getməsi gözlənilir.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salam olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)
Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)