Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misir: İŞİD və “Ənsaru beytil maqdis” dini olmayan muzdlulardır

Noyabr 05
20:23 2014

“Sələf Xəbər”-in Alarabiya-ya istinadən məlumatına görə, Misir Daxili İşlər Nazirliyinin rəsmisi general Hani Əbdüllətif sosial şəbəkələrdə “Ənsaru beytil maqdis” (ərəbcədən tərcümədə – “Müqəddəs evin köməkçiləri”) və İŞİD terror qruplaşmalarının adından edilən bəyanatlara münasibət bildirib.

Onun sözlərinə görə, bu bəyanatlardan bir daha aydın olur ki, özlərini bu qruplaşmalara nisbət edən, əqidəsi və dini olmayan muzdluların bu gözəl adlardan istifadə etmələri gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Əbdüllətif eksklüziv çıxışında qeyd edib ki, Misir dövlətinin terrora qarşı atdığı ciddi addımlardan sonra bu qruplaşmalar gələcək mərhələlərdə də psixi təsir göstərmək və informasiya döyüşü etmək üçün bu kimi bəyanatlardan istifadə edəcəklər.

O, əlavə edib ki, Rəfəh şəhərinin sakinlərinin sərhəd xəttini boşaltmağı qəbul etmələri, çıxılmaz vəziyyətə düşən təkfir və terror qruplaşmalarını insanların mənəviyyatlarına təsir edəcək uğursuz bəyanatlar verməyə məcbur edib. Nazirlik rəsmisi əlavə edib ki, Sina əhalisi silahlı orduya və polisə göstərdikləri yardım nəticəsində terrora güclü zərbə vurdular.

Qeyd edək ki, “Ənsaru beytil maqdis” adlanan terror qruplaşması sosial şəbəkələrin birində bəyanat verərək İŞİD terror xəvaric qruplaşmasına beyət etdiyini bildirmiş, bunun ardınca da İŞİD terror xəvaric qruplaşmasının üzvlərindən biri Sinada terror qruplaşmalarını mühasirəyə almış təhlükəsizlik qüvvələrini zəiflətmək üçün “Ənsaru beytil maqdis” qruplaşmasından terror əməliyyatlarını Qahirənin mərkəzinə köçürtməyi tələb etmişdi. Lakin, “Ənsaru beytil maqdis” terror qruplaşması yaydığı növbəti bəyanatla İŞİD terror xəvaric qruplaşmasına beyət etdiklərini inkar edib.

 Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər