Misir Liviyada İŞİD-in mövqelərini bombalayıb – FOTO
896 dəfə baxılıb
Misirin Hərbi-Hava Qüvvələri “İraq və Şam İslam Dövləti” İŞİD terror xəvaric qruplaşmasının Liviyadakı mövqelərinə raket-bomba zərbələri endirib.
Zərbələr Derna şəhərindəki obyektlərə vurulub.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, Liviyanın paytaxtı Tripolidəki Ümummilli Konqres aviazərbələri qətiyyətlə pisləyib.
Konqresin spikeri Ömər Homeydanın dediyinə görə, Misir Liviyanın suverenliyini kobul şəkildə pozub.
Liviyadakı radikal islamçı “Liviyanın Səhəri” alyansı ölkədə yaşayan bütün misirliləri 48 saat ərzində ölkəni dərhal tərk etməyə çağırıb: “Sizi qisas qurbanı olmamağa və başqa hər hansı hərəkətlərlə hədəfə çevrilməməyə çağırırıq”.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə ibn Zeyd əl Nəhayyan Misirin Liviyada İŞİD terror xəvaric qruplaşmasının mövqelərini bombalamasını dəstəkləyib.
Dünən Liviya HHQ-nin təyyarələri də Derna şəhərində İŞİD terror xəvaric qruplaşmasının mövqelərini bombalayıb. Liviya Hərbi-Hava Qüvvələrinin komandanı Səqer əl Coruşinin dediyinə görə, aviazərbələr nəticəsində 50 terrorçu həlak olub.
Bombardmanlar bu gün də davam edəcək.
Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşması mənsubları Liviyada 21 misirli kopt xristianının başlarını kəsəndən sonra Misir terrorçuları bombalamağa başlayıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)