Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misir məhkəməsi nümayişçilərə hökm oxudu

Oktyabr 28
21:31 2014

“Sələf Xəbər” Ummaİnfo-ya istinadən xəbər verir ki, Qahirənin Cinayət məhkəməsi icazəsiz mitinqlərdə iştiraka və paytaxtda qayda-qanunu pozmağa görə 23 nəfər gənc barəsində hökm çıxararaq onlara 3 il azadlıqdan məhrumetmə cəzası verib.

Yerli KİV-lər bildirib ki, məhkumlar həmçinin 10 min Misir funtu (təxminən 1,4 min dollar) məbləğində cərimə ödəməli olacaq. 2013-cü ilin sonunda ölkədə qəbul edilmiş “İctimai yerlərdə dinc toplantılar, yürüşlər və nümayişlər keçirmək hüququ haqqında” yeni qanuna uyğun olaraq mitinqlərin təşkili və keçirilməsi üçün qabaqcadan icazə almaq lazımdır. Polisə isə qanunsuz nümayişləri dağıtmaq səlahiyyəti verilib.

Məhkəmə, istinasız olaraq hər bir fəalçıya qarşı “vandalizm, ictimai asayişin və mitinqlər haqqında qanunun pozulması” ittihamlarını irəli sürüb.

Xatırladırıq ki, 21 iyunda cavanlar “Əl-İttihadiya” adlanan Misir Prezidentinin sarayının qarşısında toplaşaraq “Tamarrud” hərəkatının məhkum olunmuş fəalçılarının azad olunmasını tələb ediblər.

 Sələf Xəbər: Mərhum şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir: “Mən, nümayişlərdə iştirak etməyi hər hansı problemlərin həlli kimi münasib üsul hesab etmirəm. Əksinə, mən, bu nümayişləri bir qisim insanlarda fitnəyə, şərə, nifrətin alovlanmasına, digərlərinin isə haqlarının pozulmasına səbəb kimi görürəm. (Rəhbərə nəsihətin) şəri üsulları – şəriətə müvafiq həyata keçirilən yazışma, yaxşıya dəvət və mehribancasına nəsihətlərdir. Bu üsulları islam alimləri, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələri, və səmimi qəlblə onların ardınca gedənlər izah etmişdir. Bu üsullar, deyildiyi kimi, ictimaiyyət qarşısında rəhbərə qarşı hər hansı ittihamlar irəli sürmədən, onunla yazışma, söhbət və münasibətləri saxlamaqdan ibarətdir. Köməyi isə Allahdan istəmək lazımdır.” (“Müsəlman ilahiyyatçılarının müasirliyin çağırışlarına cavabları”, Fəsil 3).

Digər xəbərlər