Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misir Prezidentindən İŞİD və Yaxın Şərqdəki vəziyyətə dair önəmli açıqlamalar

Oktyabr 01
15:56 2014

“Sələf Xəbər” Wall Street Journal jurnalına istinadən xəbər verir ki, Misir Prezidenti Əbdüfəttah Əl-Sisi ABŞ-ın İŞİD terror xəvaric qruplaşmasına qarşı başladığı müharibəyə dəstək verib. Sisi eyni zamanda ABŞ prezidenti Barak Obamanı radikal islama qarşı mübarizəni, İraq və Suriya ilə məhdudlaşdırmamağa çağırıb.

Prezident seçildikdən sonra ilk dəfədir ABŞ-da müsahibə verən Misirin keçmiş baş qərargah rəisi Obama hakimiyyətini Yaxın Şərqdə sərhədlərin dəyişdiyi və müharibə təhlükəsi ilə sabitliyin artdığı bir vaxtda regiondan çəkilmək ehtimalını nəzərdən keçirməməyə çağırıb.

Sisi Liviya, Sudan, Yəmən və Sina yarımadasındakı terror təhlükəsinin də Yaxın Şərq və Qərbdəki İŞİD təhlükəsinin əksi olduğunu dilə gətirib. Misir prezidenti İŞİD və digər radikal təşkilatları aradan qaldırmaq üçün hərbi hücumlar qədər, iqtisadi inkişaf, təhsil və dini tolerantlığın da vacib olduğunu vurğulayıb: “Bölgədə gizlənən təhlükələri təkcə İŞİD-lə bağlamaq olmaz, bütün bunlar bir pazzlın parçalarıdır” ifadələrini işlədən Sisi, “Mübarizəni İŞİD-i məhv etmək və nəzarət altına almaqla məhdudlaşdıra bilmərik.”

59 yaşlı lider, prezident kürsüsünə əyləşdiyi gündən bu yana Misirin iqtisadiyyatını canlandırmaq üçün enerji ödəmələrinin qiymətlərini azaltdı, “Müsəlman qardaşlar” terror təşkilatına böyük təzyiqlər göstərdi və Hamas və İsrail arasında atəşkəsi təmin etmək üçün vasitəçilik etməyə cəhd etdi.

Başda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri olmaqla, qabaqcıl ərəb ölkələri, 2010-cu ildən bu yana regionu bürüyən siyasi qeyri-sabitliyə bir həll yolu tapmaq üçün Sisi ilə əməkdaşlıq edirlər. Demokratiya və mətbuat azadlığı sahəsində islahatları ertələdiyinə görə Qahirəyə yönəltdiyi tənqidlərə baxmayaraq, Obama hakimiyyəti İŞİD-ə qarşı mübarizədə Sisinin dəstəyinə nail olmaq üçün çalışıb.

ABŞ Misirə, Sisi və ordusunun Məhəmməd Mursini devirməsindən sonra gözləmədə saxladığı 10 Apache tipli helikopteri göndərməyə hazırlaşır. Sisi ABŞ-ın İŞİD-ə qarşı mübarizəsini dəstəklədiyini dilə gətirib. ABŞ-lı rəsmilər Misir ordusunun İraq əsgərlərinə terrorla mübarizə taktikaları mövzusunda təlim keçə biləcəyi barədə mülahizələr irəli sürmüşdülər.

Misir lideri İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə ən böyük rolu İraq ordusu və İraq və Suriyaya yaxın olan, xüsusilə Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı kimi ölkələrin oynamasının zəruri olduğunu bildirib.

Sisi bildirib ki, “Təsis ediləcək koalisiyanın fiziki varlığı ordadır. Birləşmiş bir koalisiya simvolu (rəmzi) çox önəmlidir”.Misir prezidenti eyni zamanda qeyd edib ki, Qahirənin təhlükəsizliyini təhdid edən digər ünsürlərlə və radikal islamla müstəqil şəkildə mübarizə aparmaq haqqını özündə saxlayacaq.

Amerikalı rəsmilər hesab edir ki, ötən ay Pentaqonu əvvəlcədən xəbərdar etmədən, Birləşmiş Ərəb Əmirliklərinin təyyarələri Misirdəki hava bazalarından istifadə edərək Liviyadakı islamçılara havadan 3 zərbə endirib.

Sisi hücumların edildiyini təsdiqləməsə də, öz hökumətinin Tripolidəki seçilmiş hökumətin iqtidarda qalmasına kömək edə bilmək üçün mühüm rol oynadığını bildirərək demişdir: “Tripolidəki hökumətin öz ayaqları üstündə durmasına kömək etdik. Liviyalılara ehtiyacları olan şəraiti yaratdıq”. Sisi, hökumətinin Misir iqtisadiyyatını yenidən canlandırma planı barədə ətraflı şəkildə söhbət açıb.

Son aylarda Qahirə ərəb ölkələri və qərbdən xarici sərmayə cəlb etmək üçün səy göstərir. Sisi Qahirənin maliyyə durumunun sabitləşməsi üçün xarici yatırımları çətinləşdirən bürokratiyanı azaltmağa çalışdığını söyləyib.

Misir lideri, ölkəsində yatırımları daha cəlbedici etmək üçün lazım olan hüquqi nizamnamələrin işlənib-hazırlanmaqda olduqlarını bildirib: ““Yeni Misirə” xoş gəlibsiniz deyirik”.

Keçmiş general, Misirin Əl-Cəzirə kanalının əməkdaşı olan 3 jurnalistə uzun müddətlik həbs cəzası verdiyi üçün tənqid atəşinə tutulması ilə bağlı da açıqlama verib.

Misirin hüquqi sisteminin azadlığına hörmət bəslənməsinin zəruri olduğunu müdafiə edən Sisi bu məsələyə münasibətini belə bildirib: “Əgər mən hakimiyyətdə olsaydım, məsələ bu yerə qədər çatmazdı. Onları ölkədən çıxarardım.”

 Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər