Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misir prezidenti: “Dini dövlətləri dağıdan alət etmək olmaz!”

İyul 09
11:36 2014

Məşhur “əş-Şərq əl-Ausat” qəzeti son buraxılışında Misirin yeni seçilmiş prezidenti Əbdülfəttah Sisinin xalqa səsləndirdiyi müraciətini yayımlayıb.

Sisi, Misir xalqına müraciətində müxtəlif məsələlərə toxunmaqla yanaşı, təkrarən vurğulayıb ki, dindən, dövlətləri dağıtmaq üçün bir alət olaraq istifadə etmək olmaz!

Nitqinin davamında, “Müsəlman qardaşları” terrorçu qruplaşmasına işarə edərək deyib: “Lakin bir qisim Allahı tanımayanlar vardır ki, Misiri yerlə yeksan etməyə hazırdırlar və bu əməllərinin “müqəddəs müharibə” olduğuna etiqad edirlər!”

 Sələf Xəbər: Məşhur Islam alimi şeyx Salih Əli Şeyx (Allah onu qorusun)“Müsəlman Qardaşlar” təriqətinin hədəfləri barədə bunları deyib: “Onların dəvətinin məqsədi – hakimiyyəti ələ keçirməkdir. İnsanları Böyük və Uca Allahın cəzasından qurtarmağa, Onun rəhmətinə nail olmağa gəldikdə isə… İnsanları qəbir əzabından və Cəhənnəm cəzasından xilas edəcək, onları Cənnətə aparacaq və ona yaxınlaşdıracaq əməllərə yönəltməyə – onda yox! Onlar bunlara çox az diqqət ayırırlar, və buna böyük əhəmiyyət vermirlər”.

Digər xəbərlər