Misir prezidenti İŞİD-ə qarşı birləşməyə çağırır
942 dəfə baxılıb
“Sələf Xəbər” SunnaPress.com-a istinadən xəbər verir ki, Misir prezidenti Əbdulfəttah əs-Sisi Qahirədə, Səudiyyə Ərəbistanına səfəri ərəfəsində, bir sıra Misir qəzet və televiziya nümayəndələri ilə görüşüb.
““İslam dövləti” təşkilatı əslində çoxlarının fikirləşdiyi kimi xəyali yox, həqiqi təhlükədir” – əs-Sisi bəyan edib.
Onun fikrincə, bu cür təhlükə, ““İslam dövlətinə” qarşı ərəb koalisiyasının yaradılmasını zəruri edir”. Misir prezidenti əlavə edib ki, bu məsələ, onun Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə edəcəyi əsas məsələlərdən biri olacaq.
Jurnalistlərin digər suallarına cavab verən əs-Sisi, Səudiyyə Ərəbistanı ilə İraqın sərhədində Misir hərbi bölmələrinin mövcudluğunu təkzib edib. Eyni zamanda, o, sərhədboyu terror əleyhinə əməliyyatlarda Əlcəzairlə əməkdaşlıq etdiklərini təsdiq edib.
Sələf Xəbər: Şeyx Suheymidən (Allah onu qorusun) soruşublar: “Bir emosional gənc, “İraq və Şamda İslam Dövləti” (İŞİD) adı ilə tanınan qruplaşmaya qoşularaq Suriyaya “cihada” yollanıb. O bildirib ki, onların (İŞİD qruplaşmasının) qətl və terrorla məşğul olduqları barədə yayılan xəbərlər həqiqət deyil. Bəs əslində bu qruplaşmanın həqiqi halı necədir? Allah elminizə bərəkət versin”.
Şeyx cavab verib: “Əslində, bu qruplaşma (İŞİD) təkfirçi və xəvariclərdən ibarət qruplaşmadır. Bir neçə gün bundan əvvəl, onlar mənim yaxın qohumumun oğlunu kafirlikdə (mürtədlikdə) ittiham edərək öldürüblər. Onlar bunu, onun (İŞİD-ə) düşmən olan digər qruplaşmanın tərkibində olduğu üçün ediblər. İstər İŞİD, istərsə də Əl-Nusra (Suriyada Əl-Qaidə) olsun, hər iki qruplaşma, doğru yoldan sapıb və azğınlıq içindədir. Lakin, birinci qruplaşma (yəni ki, İŞİD) daha pis və daha zərərlidir. Hər iki qruplaşma nə möminlərə, nə qohumlara, nə əhdlərə heç bir hörmət bəsləmir. Onların (İŞİD) zəlalətindən əmin olmaq üçün iki-üç gün əvvəl bəyan etdikləri absurd – bütün möminlərin üzərində “Xəlifə” (rəhbər) deyə qəbul elətdirmək istədikləri “Xəlifəyə” (rəhbərə) beyət etmələri – kifayətdir. Birincisi, bu qruplaşma, onlara qoşulan gənclərimizi öz rəhbərlərinə verdikləri əhdi pozmağa məcbur edir.
Halbuki, onlar rəhbərə verdikləri əhdə sadiq qalmalıdırlar. Əlbəttə ki, siz öz rəhbərinə verdiyi əhdi pozanın halını bilirsiniz. Bilmək lazımdır ki, biz hamımız rəhbərlərimizlə əhd bağlamışıq və bu əhdi pozmaq olmaz. Həmçinin, siz də (BƏƏ vətəndaşları) bu ölkənin rəhbərinə beyət edibsiniz. Odur ki, bu (öz rəhbərinin qanuniliyini qəbul etməkdən imtina etmək), hiylə və xəyanətdir.
“Qiyamət günü Allah Təalə bütün insanları topladıqda xəyanət edən hər kəs üçün bir bayraq qaldırılacaq və deyiləcəkdir: Bu filankəs oğlu filankəsin xəyanətinin əlamətidir.” (Buxari).
Hər kim öz rəhbərinə verdiyi sədaqət andını pozursa, təhlükəyə düşür! O təhlükədədir!
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cəmaatdan bircə qarış ayrılandan sonra ölən kimsə mütləq cahiliyyə ölümü ilə ölər” (Buxari).
“Kim əmrinə itaət etməkdən əl çəkərsə Qiyamət günü (öz lehinə) qarşı heç bir dəlil olmadan Allahın hüzuruna çıxar.” (Muslim).
Beləliklə, bu insanlar əhdləri pozur və andlara riayət etmirlər. Onlar həqiqətdən tamamilə uzaqdırlar. Onlar alimlərimizi və rəhbərlərimizi təkfir (kafir elan etmək) edir. Onlar yalnız təkfirlə məşğuldurlar. Bu onların bildiyi yeganə şeydir və onlar hesab edir ki, din elə budur. Onlar səhnə arxasında gizlənən bəzi səfehlərin verdiyi fətvalarla aldadılıblar. Onlar (xəvariclərin ideoloji liderləri) 2 yerə ayrılır: birincilər – (döyüşən xəvariclərin) öz şeyxləri hesab etdiyi, bağlandığı və Allahın şəriətlə qanuniləşdirdiyinə qayıtmayan, onlarla birgə olan və onlara fətva verənlərdir. Onlar həqiqi alimlərin qərarlarına qayıtmır. Onları bu cür təsvir etmək olar.
Bir də, xəvariclərin kök salmış liderləri var. Onlar hardasa, bəlkə də bizim ölkələrdə onların (döyüşən xəvariclərin) xeyrinə fətvalar verir, insanları, gənc müsəlmanların yandırıldığı bu oda atılmağa ruhlandırır. Onlar konkret bir məqsədləri olmadan, nadanlıq, millətçilik və cəhalət bayrağı altında vuruşurlar. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Cəhalət bayrağı altında vuruşanlar bizdən deyil” (Müslim). Onlar millətçilik uğrunda vuruşanlar və ya millətçiliyə çağıranlardır.
Bu insanlar – cahil, səfeh, gənc və ağılsız insanlardır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirmişdir. O buyurmuşdur: “Əgər mən onların zamanına çatmış olsaydım, Ad qövmünün öldürüldüyü kimi onları da öldürərdim”. (Buxari). Həmçinin o demişdir: “Onlar göy qübbəsi altında öldürülmüşlərin ən şərliləridir. Öldürülmüşlərin ən xeyirliləri isə onların öldürdükləridir” (Tirmizi).
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bizə xəbər vermişdir ki, onlar (xəvariclər) Cəhənnəmin köpəkləridir. Və onlar (xəvariclər) Quran oxuyacaqlar, lakin oxuduqları boğazlarını keçməyəcək. Oxun yaydan çıxdığı kimi, İslam dinindən çıxacaqlar və dinə geri qayıtmayacaqlar. O (Allahın ona salavatı və salamı olsun), onları (xəvaricləri) “cəhənnəm köpəkləri” adlandırmış və xəbər vermişdir ki, onlar hər əsr peyda olacaq və hər dəfə məğlub olacaqlar. Bu da onların arasından Dəccal çıxanadək davam edəcəkdir!
Həmçinin Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur ki, onların namazları ilə müqayisədə öz namazlarınızı, orucları ilə müqayisədə öz oruclarınızı, əməlləri ilə müqayisədə əməllərinizi dəyərsiz görəcəksiz. Onlar (xəvariclər) Quran oxuyacaqlar, lakin oxuduqları boğazlarını keçməyəcək. Oxun yaydan çıxdığı kimi, İslam dinindən çıxacaqlar və dinə geri qayıtmayacaqlar. Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) onları səciyyələndirdiyi xüsusiyyətlərdən əlavə, onlar (xəvariclər) Əli və Osmanın (Allah onlardan razı olsun) qatilləridir.
Onlar (xəvariclər) müsəlmanları öldürür, bəs kimə toxunmurlar? Bütpərəstlərə toxunmurlar. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) onlar haqqında bildirmişdir ki, onların sələfləri – Osmanın qatilləridir. Onlardan biri Osmanı öldürdükdən sonra onun mübarək başını kəsərək demişdir: “Allaha and olsun ki, Cihadda heç bir gün bu gündən (yəni, Osmanın qətl edildiyi gündən) yaxşı olmamışdır”. Əlinin (Allah ondan razı olsun) qatilinə gəldikdə isə, bu – Əbdurrəhman İbn Mülcimdir. O demişdir: “Mən həqiqətən bu nizəni zəhərləmişəm və onun 9 süngüsü var. Onlardan üçünü Allah və onun Elçisi yolunda zəhərləmişəm. Altısını isə yalnız Əliyə olan nifrətimə görə zəhərləmişəm”. Onun dostu, İmran İbn Xittan, (şer formasında) deyirdi: “Təqva sahibinin vurduğu, ey zərbə, O, bununla Ərş Sahibinin razılığından başqa heç nə ummurdu. Həqiqətən, mən onu günlərin bir günü yada salır, deyirəm ki, O Allah qarşısında məxluqatın ən düzgün idi.”
Sələflərdən biri ona belə cavab vermişdi: “Bədbəxt birinin vurduğu, ey zərbə, O, bununla Ərş Sahibindən ziyandan başqa heç nə ummurdu. Həqiqətən, mən onu günlərin bir günü yada salır, deyirəm ki, O Allah qarşısında məxluqatın ən bədbəxti idi.”
Ey qardaşlarım, bu insanların xüsusiyyətlərindən biri, məxfilikdir. Deyin görüm, bizim dinimiz açıq və aydındır, yoxa gizli? Açıq-aydın dindir yoxsa gizli? Bizim dinimiz açıq və aydındır. Gizlədiləcək bir şey yoxdur.
Odur ki, Süfyan (Allah ona rəhmət etsin) demişdir: “Əgər görsəniz ki, bir qrup insan gizli-gizli dindən danışır, bilin ki, onlar yanlış yoldadır”.
Mən artıq 4 gün bundan əvvəl, özünü xəlif elan etmiş fırıldaqçının (Əbu Bəkr əl-Bağdadi) və ona beyət etmiş yalançı tərəfdarlarının əleyhinə rəddiyyə vermişəm.
Mən bu rəddiyyəni hər yerdə yaymağınızı xahiş edirəm və ümid edirəm ki, bu Allah qatında hamımıza saleh əməl olaraq yazılacaq.