Misir terrorunda ölənlərin sayı 155 nəfərə çatdı
Noyabr 24
18:23
2017
1. 319 dəfə baxılıb
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb, 120 insan xəsarət alıb.
Bu barədə “CBC Extra” telekanalı xəbər verir.
Şimali Sinayın bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edilib.
Şahidlərin sözlərinə görə, məsciddə namaz qılarkən naməlum şəxslər tərəfindən məscidə əl qumbaraları atılıb.
Hadisənin kim tərəfindən törədildiyi bilinmir.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir. Əl altından törədilən partizan qətlləri, nümayişlər və mitinqlər İslam dininin istəyi deyil. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başlayıblar. Əslində isə, onlar Allah yolunda heç bir cihad etmirlər!”