Misirdə antiterror əməliyyatları: 11 nəfər öldürülüb
940 dəfə baxılıb
Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Misirdə antiterror əməliyyatları həyata keçirilib.
Bu barədə Misir ordusunun sözçüsü Albay Muhamməd bildirib. O qeyd edib ki, əməliyyat nəticəsində 11 terrorçu qətlə yetirilib. Həmçinin, terrorçulara məxsus 3 tunel də aşkarlanıb.
Verilən məlumatda qeyd olunur ki, ölkədə əməliyyatlar davam etdirilir.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir.
Məhz buna görə İbrahim Peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 126-cı ayə).
Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir.
Bilmək lazımdır ki, İslam beş əsas şey: din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq, müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər kim (müsəlmanlarla müqavilə altında olan) bir qeyri-müsəlmanı öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir.”
Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, və ya yollardakı quldurlar, və ya qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir. (Bax “Fataua əş-şər’iə fi qadaə əl-’əsriya” 125).