Misirdə bir gündə iki terror aktı törədilib
762 dəfə baxılıb
“Sələf Xəbər”-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, Misirin paytaxtında Hadaik əl-Qübbə məhəlləsində prezident komplekslərindən birinin yaxınlığında əldəqayırma partlayıcı qurğu işə düşüb.
Yerli KİV-lərin məlumatına görə, əldəqayırma bomba prezident sarayının yüz metrliyində partlayıb. Partlayış nəticəsində bir qadın qəlpə yarası alıb.
Hazırda hüquq mühafizə orqanlarının nümayəndələri hadisə yerində işləyirlər.
Xatırladaq ki, bundan bir neçə saat əvvəl əldəqayırma partlayıcı qurğu ahirənin metro stansiyalarından birində işə düşmüşdü.
Qahirə metrosunda törədilən partlayış nəticəsində iki polis işçisi həlak olub. Yerli KİV-lərin yazdığına görə, əldəqayırma partlayıcı qurğu Minufiyə əyalətində qatarın stansiyaların birində dayandığı zaman işə düşüb.
Nəqliyyat polisinin əməkdaşları sonuncu vaqonda şübhəli əşya tapıblar. Qatardakı sərnişinlər dərhal təxliyə olunub. Partlayış tapıntıya baxış zamanı baş verib. Bildirilir ki, daha 12 nəfər yaralanıb.
Xatırladaq ki, Misirdə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” Assosiasiyası hakimiyyətdən uzaqlaşdırılandan sonra ölkədə təhlükəsizlik sahəsində vəziyyət kəskin pisləşib. Misir rəhbərliyi ordunun və polisin gücünü birləşdirərək, terrorizmə və gizli fəaliyyət göstərən ekstremistlərə qarşı mübarizə aparmaq üçün zəruri olan bütün tədbirləri görür.
Sələf Xəbər: 20-ci əsrin görkəmli hədis alimi, məşhur Misir alimi şeyx Əhməd Şakir (Allah ona rəhmət etsin) deyirdi: “Bizə dəqiq məlumdur ki, şeyx Həsən Bənnanın hərəkatı və onun “Müsəlman Qardaşlar” partiyasına kommunistlər və yəhudilər sponsorluq edir. Bu partiya islam dəvətini dağıdıcı cinayətkar çağırışa çevirib”. (“Şuun ət-Təlim va əl-Qadaa”, səh. 48).