Misirdə hicablılara xidmət göstərməyən restoranlar bağlanacaq
743 dəfə baxılıb
“Sələf Xəbər”in Ansar.ru-ya istinadən xəbərinə görə, Misirin turizm naziri Xalid Abbas Rami hicablı qadınlara xidmət göstərməyi qadağan edən restoran və turist obyektlərini bağlayacağını bildirib.
Nazir qeyd edib ki, hicablı qadınların turizm obyektlərinə girişinin qadağan edilməsi barədə onlar tərəfindən heç bir təlimat verilməyib. “Misirdəki qadınların 90 faizinin hicablı olduğunu nəzərə alsaq, nazirlik belə bir qərarı heç vaxt qəbul etməyib və etməz. Biz insanlar arasında dininə, dərisinin rənginə və ya geyiminə görə aparılan hər cür ayrı-seçkiliyi rədd edirik”, – deyə nazir bildirib. Onun sözlərinə görə, Misir höküməti insanlar arasında bu cür ayrı-seçkilik yaradan hər hansı restoran və turizm obyektləri barədə dərhal tədbir görəcək.
Xatırladaq ki, daha əvvəl də misirlilər elit kurort mərkəzləri və restoranlarda müştərilər arasında ayrı-seçkiliklə bağlı şikayətlərini sosial şəbəkələrdə bildirmişdilər.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!