Misirdə müasir paytaxt salınacaq
751 dəfə baxılıb
Yeni paytaxtın salınması 12 il davam edəcək. Layihənin dəyəri 65,33 milyard dollar məbləğində nəzərdə tutulub. Misir hökuməti Qahirənin şimal hissəsində yeni paytaxt salmağa hazırlaşır.
“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, bu barədə ərəb internet-nəşri “The National” yazıb. Hökumət müasir şəhəri sıfırdan başlamaq niyyətindədir.
Hazırda BƏƏ-nin ən aparıcı inşaat şirkətlərindən biri ilə dəyəri 65,33 milyard dolllar olan yeni paytaxt layihəsinin hazırlanmasına dair müqavilənin imzalanması üzrə danışıqlar aparılır.
Misirin investisiya naziri Əşrəf Salmanın bildirdiyinə görə, layihə, çox güman ki, martda Şarm əl-Şeyxdə keçiriləcək konfransda təsdiq ediləcək.
“Biz artıq əsas inşaatçı ilə danışıqlar aparırıq. Müqavilə konfransda imzalanacaq və bundan sonra tikinti işləri başlayacaq”, – deyə Salman bildirib. İlkin məlumatlara görə, yeni paytaxtın salınması 12 il davam edəcək.
Şəhərin ərazisi 283 kv. km olacaq. Müqayisə üçün bildirək ki, Qahirənin sahəsi 582 kv. km-dir. Nazir yeni şəhəri “Yeni Qahirə” adlandırır. Lakin şəhərin adı hazırda müzakirə mərhələsindədir. Salmanın sözlərinə görə, burada müasir meqapolisin fəaliyyəti üçün hər şey olacaq.
Uca Allah buyurur: “Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim”.
(Qurani-Kərim, “Kəhf” surəsi, 51-ci ayə)