Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirdə “Müsəlman qardaşlar” hərəkatının axtarışda olan liderləri həbs edilib

İyun 03
14:45 2015

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, Misirin xüsusi xidmət orqanları ölkədə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının az qala iki il axtarışda olan iki yüksək vəzifəli üzvünü – hərəkatın rəhbər bürosunun üzvü Mahmud Qəzlanı və uzun illər “Müsəlman qardaşlar”nın müftisi olan Əbdülrəhman əl-Barrı həbs ediblər. Onların ölkədə hərəkatın gizli fəaliyyətinə rəhbərlik etmələri ehtimal olunur. M.Qəzlan və əl-Barr ilə birlikdə onların iki köməkçisi də həbs olunub.

Onların həbs olunması haqqında məlumat Misir xüsusi xidmət orqanlarının “Ölkənin təhlükəsizlik qüvvələrinə, siyasətçilərinə və jurnalistlərinə münasibətdə düşmənçilik fəaliyyəti aparan islamçılar hərəkatının planının ifşa edilməsi” barədə bəyanatından bir neçə saat sonra yayılıb.

Sələf Xəbər: XX əsrin görkəmli hədis alimi, məşhur Misir alimi şeyx Əhməd Şakir (Allah ona rəhmət etsin) deyirdi: “Bizə dəqiq məlumdur ki, şeyx Həsən Bənnanın hərəkatı və onun “Müsəlman qardaşlar” partiyasına kommunistlər və yəhudilər sponsorluq edir. Bu partiya İslam dəvətini dağıdıcı cinayətkar çağırışa çevirib”. (“Şuun ət-Təlim va əl-Qadaa”, səh. 48)

Digər xəbərlər