Misirdə oteldə 2 partlayış törədilib
Noyabr 24
17:32
2015
582 dəfə baxılıb
Misirin Sinay yarımadasındakı Arişe şəhərində seçkidən məsul hakimlərin qaldığı otelin yaxınlığında 2 güclü partlayış baş verib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, ilkin məlumatda partlayış nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. Terror aktını hələlik üzərinə götürən olmayıb.
Ötən gün Misirdə parlament seçkisinin ikinci turu keçirilib.
Qeyd edək ki, Sinay yarımadası İŞİD terror xəvaric qruplaşmasının ən aktiv olduğu bölgələrdən biridir.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyib: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, nümayişlərlə gəlməmişdir, mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”