Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirdə qəzaya uğrayan qırıcıdakı 2 pilot həyatını itirib

Yanvar 28
18:21 2016

Misirin şimal-şərqindəki əl-İsmayiliyə rayonunda döyüş təyyarəsi qəzaya uğrayıb.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Misir Silahlı Qüvvələrinin nümayəndəsi general Məhəmməd Semir məlumat verib.

Onun sözlərinə görə, Fayid hərbi bazasına məxsus F-16 qırıcısının qəza səbəbləri məlum deyil. Hadisə zamanı qırıcıda olan 2 pilot həyatını itirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)
“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr) (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər