Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirdə sərnişin avtobusu kanala aşıb

Mart 21
20:29 2015

Misirdə bir sərnişin avtobusunun kanala aşması nəticəsində 12 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilib.

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi sözçüsü Hüsam Əbdülgaffarın verdiyi açıqlamada, ilkin təyinə görə, qəzada 12 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını bildirib.

Yerli mətbuatda isə 56 sərnişini daşıyan avtobusun İlkin ehtimal kimi yüksək sürət səbəbilə kanala düşdüyü və ölü sayının 26 ilə 35 arasında olduğu məlumatlarına yer verilib.

Aparılan statistikaya görə, Misir, yol qəzalarında Orta Şərq ölkələri arasında ilk sıralarda yer alır.

Mütəxəssislər qəzaların, yol qüsurları və sürücü səhlənkarlığından qaynaqlandığını qeyd ediblər.

Sələf Xəbər: “Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır”. (Qurani-Kərim, “Munafiqun” surəsi, 9-11-ci ayələr)

Digər xəbərlər