Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirdə şüşədən ehram tikiləcək – FOTO

Mart 04
16:45 2015

Misir hökuməti yenidən ehram tikmək qərarına gəlib. Misirin yaşayış fondu naziri Mustafa Madbulinin verdiyi məlumata görə, hökumət göydələn-ehram tikməyi planlaşdırır.

“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, ehram Misirin qərb hissəsində yerləşən Şeyx-Zayed əyalətində tikiləcək. Müasir ehram “əcdadlarının” yerləşdiyi Giza şəhərinin yaxınlığında yerləşəcək.

Çoxmərtəbəli ehramın hündürlüyü 200 metrdir. Özülünün sahəsi isə 798 min kvadratmetrdir. Bu bina Misirin ən hündür tikilisi olacaq.

Şüşədən inşa olunan ehram inzibati, kommersiya və əyləncə məqsədləri üçün istifadə olunacaq.

📷

1589540 1589541 1589538

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “İnsanlar hündür binalar tikməkdə rəqabət aparmayınca Qiyamət qopmaz”. (“Səhih əl-Ədəb əl-müfrəd” 449)

Digər xəbərlər