Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirdə terror aktları planlaşdıranlar saxlanıldı

Noyabr 03
21:15 2014

“Sələf Xəbər”-in Alarabiya-ya istinadən məlumatına görə, Misir hökuməti Suriyada döyüşərək Misirə qayıdan və hücum təlimatlarını gözləyən radikalları ələ keçirib.

Bu barədə Misirin Daxili İşlər Nazirliyinin rəsmisi Həni Əbdüllətif bildirib.

“Onlar, Suriyada terror qruplaşmalarının birinə qoşularaq orada fiziki və ideoloji təlimatlar keçdiklərini, eləcə də terror aktları törətmək üçün əl qumbaralarını düzəltməyi öyrəndiklərini etiraf ediblər”, Həni Əbdüllətif əlavə edib.

Nazirlik rəsmisi, saxlanılan şəxslərin hansı terror qruplaşmaların səflərində döyüşməsi barədə məlumat verməyib. Lakin, saxlanılanlardan biri Misir telekanalına müsahibəsində etiraf edib ki, o, “Əl-Xitab əl-Misri” batalyonuna tabe olan dəstədə təlim keçib. Sözügedən batalyon Əbu Həmzə əl-Azərbaycani adlı şəxsin tabeçiliyindədir və İŞİD terror xəvaric qruplaşmasının tərkibinə daxildir.

 Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.

Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”

Digər xəbərlər