Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirin Din Naziri: “Nümayişlərə çıxmaq istəyənlər ya cahil, ya da pul ilə tutulmuş agentlərdir”

Noyabr 28
21:48 2014

“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, Misirin Din Naziri Məhəmməd Muxtar Cümə demişdir ki, Quran kitabları ilə nümayişlərə çıxmaq istəyənlər ya cahil, ya da pul ilə tutulmuş agentlərdir.

Məscidlərdə Cümə günü nümayişlərə çağırmaq Allahın evlərini alçaltmaqla yanaşı, həm də çirkin bir hiylədir. Polis qüvvələri ilə üz-üzə gəlib, onları xalq qarşısında çıxılmaz vəziyyətə gətirərək göstərmək istəyirlər ki, polis nümayiş edənlərə və Allahın kitabına qarşı hörmətsizlik edərək həddi aşmışdır.

Şəriətin əsas prinsiplərindəndir ki, dini və canı qoruyub saxlamaq və məfsədəni aradan qaldırmaq mənfəət əldə etməkdən öndədir. Onların isə bu çağırışları ölkəni və insanları bürüyən böyük fitnələrə, öldürməyə, dağıtmağa və xarab etməyə gətirib çıxarır. Misirin Din Naziri bunu da qeyd etmişdir ki, 28 noyabrın nümayişçilərinin şəhidliklə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.

Hal-hazırda böyük xarici qüvvələr tərəfindən İslamın və milli təhlükəsizliyin əleyhinə qarşı çalışanlar vardır. Həmin qüvvələr Misir dövlətini devirməyə görə öz hədəflərini və mənfəətlərini həyata keçirmək üçün, hətta, şeytanla da birləşməyə hazırdırlar.

 Sələf Xəbər: Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və s. haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var.

Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 11-ci ayə).

Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390).

Digər xəbərlər