Misirin muftisi: İŞİD terror xəvaric qruplaşması dövlət deyil
843 dəfə baxılıb
“Sələf Xəbər” alarabiya.com-a istinadən xəbər verir ki, ötən gün Misirin muftisi Şeyx Şövqi İbrahim “İraq və Suriyada qorxu yayan İŞİD terror xəvaric qruplaşması dövlət deyil və etdikləri də İslamdan sayılmır”- deyərək çıxış edib.
Həmçinin, təkidlə vurğulayıb: “Artıq keçən dəfələrdə də qeyd etdik ki, İŞİD terror xəvaric qruplaşmasına işarə etmək üçün “İslam Dövləti” adını işlətməyimiz düzgün deyil”.
Misirin muftisi Sinqapurda keçirilən “İslam Məclisi” konfransında böyük kütlə qarşısında belə bəyan edib: “Bu dövlət deyil !
2013-cü ildən bəri qruplaşma İraqda və Suriyada böyük bir əraziləri ələ keçirərək həmin ərazilərdə “xilafət” elan etmişdir.
Mufti bu qruplaşmanın İslama pisıik gətirdiyini deyərək əlavə edib: “Allah-Təala dağıtmağı, qətli və müharibəni sevmir. Bizim çalışdığımız əmin-amanlığı həyata keçirtməkdir. Əgər bunlar yalnız dağıtmaq üçün çalışaraq, etdiklərini İslam adına bağlayırlarsa, dəqiq olaraq bu İslamdan deyildir”.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)