Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Misirli rəngsaz azanı ilə dinləyənləri təəccübləndirdi – VİDEO

Sentyabr 26
16:19 2014

“Sələf Xəbər” alanba.com.kw saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanının məktəblərindən birində baş verən maraqlı hadisənin videosu Youtube və digər sosial şəbəkələrdə yüz minlərlə izləyici toplayıb.

Məktəbdə azan verənin olmadığına görə Misirdən olan rəngsaz azan verib. Rəngsazın səsinin şirinliyi diqqətləri cəlb edib. Video bir daha sübut edib ki, Misir hətta ən pis böhranlarında da belə insanlar yetirməkdədir. Müşahidəçilərin dediyinə görə, sadə Misir gənci azan verməyə başladığı zaman heyrətamiz səsi ilə məktəbin divarlarını silkələyib.

Müəllimlər və şagirdlər azanı dinləmək üçün çölə çıxıb, bəziləri isə öz telefonları ilə azanın sonunu yazmağa tələsib. Videonu bir neçə dəqiqədə Ərəb körfəzi dövlətlərindən yüz minlərlə insan izləyib. Körfəz dövlətlərindən olan izləyicilər videoya şərhlərində Misirin halına və belə bir elmli və nadir səsli gəncin boya fəhləsi olmasına üzüldüklərini ifadə ediblər.

“Qiyamət günü müəzzinlər (azan verənlər) insanlar arasında ən uzun boyunlu olacaqlar” (Muslim)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər