Moskvada ilk dəfə olaraq Beynəlxalq “Quran” Festivalı keçiriləcək
İyul 10
16:13
2015
683 dəfə baxılıb
İyulun 11-də Rusiyanın paytaxtı Moskvada ilk dəfə Beynəlxalq “Quran” Festivalı keçiriləcək.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, tədbirdə təkcə müsəlmanlar deyil, İslam incəsənəti, ədəbiyyatı, müsəlman qadınının geyimi ilə maraqlanan digər dinlərin nümayəndələri də iştirak edə biləcək.
Festival Ramazan bayramı ərəfəsində başlayır. Mədəni və maarifləndirmə tədbiri bir həftə müddətində Moskvadakı İslam Mədəniyyət Mərkəzində keçiriləcək. Tədbirə Azərbaycan, İran, Hindistan, Qazaxıstan, Tacikistan və Türkiyədən nümayəndələrin qatılması gözlənilir.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir”. (Qurani-Kərim, Hədid surəsi, 9-cu ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsələrdir”. (Əl Buxari)