Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Mosul İŞİD-dən alınır

Mart 25
20:03 2016

Mosulun İŞİD terror xəvaric qruplaşmasından geri alınması üçün əməliyyat başlayıb.

“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, İraq və ABŞ silahlı qüvvələrinin birgə apardığı əməliyyatda Mosulun terrorçulardan təmizlənməsi istiqamətində əməliyyatların davam etdiyi bildirilir.

İraq Müdafiə Nazirliyinə bağlı olan medianın yaydığı məlumatlarda bunun üçün “FƏTH” əməliyyatının başladığı qeyd olunub. Məlumatlarda Mosula aid olan bəzi kəndlərin Birgə Əməliyyatlar Komandanlığının nəzarətində olması bildirilib.

Ələ keçirilən kəndlərdə İraq bayraqlarının asıldığı söylənilib. ABŞ və İraq ordusunun birlikdə Mosula qurudan hücumlarıyla yanaşı ABŞ təyyarələri havadan bomba zərbələri də endirib.

Qeyd edək ki, həyata keçirilən hərbi əməliyyatlar yerli mediada “Bağdad: Birinci mərhələ başladı” başlıqları ilə yer alıb.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl-Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər