Mosula 30 minlik İraq ordusu yeridiləcək
692 dəfə baxılıb
Mosulun azad edilməsi üçün 30 min İraq hərbçisi səfərbər olunacaq.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əbdüləziz Hüseyn məlumat verib.
Onun sözlərinə görə, şəhərin İŞİD terror xəvaric qruplaşmasından geri alınması üçün xüsusi hazırlıqlar davam etdirilir.
“Şəhərdə yaşayan vətəndaşların təhlükəsizliyini qorumaq əsas vəzifəmizdir. Mosulun azad edilməsində əsas yük koalisiya qüvvələrinin üzərinə düşəcək”, – millət vəkili qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidentinin İŞİD terror xəvaric qruplaşması ilə mübarizə məsələləri üzrə köməkçisi Mak Qurk Mosulun azad edilməsi üçün yaxın günlərdə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını açıqlamışdı.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)