Mosulda 100-dən çox İŞİD terrorçusu öldürüldü
654 dəfə baxılıb
İraqın Mosul şəhərində koalisiya qüvvələrinin İŞİD terror xəvaric qruplaşmasının mövqelərini bombalaması nəticəsində yüzdən çox terrorçu ölüb.
Koalisiya qüvvələrinə məxsus “A-10 Warthog” qırıcıları terrorçuların Naynava əyalətinin Telafər şəhərindən Sincara hərəkət edən karvanını bombalayıb.
“Sələf Xəbər” A24.az-a istinadən xəbər verir ki, bu haqda Silahlı Qüvvələrin Mosuldakı komandanı general Nəc əl-Cuburi bildirib. Onun sözlərinə görə, koalisiya qüvvələrinə məxsus “A-10 Warthog” qırıcıları terrorçuların Naynava əyalətinin Telafər şəhərindən Sincara hərəkət edən karvanını bombalayıb.
Genaral onu da bildirib ki, hava zərbələrinin hədəfində Mosulun qərbindəki İŞİD terror xəvaric qruplaşması silahlılarının mövqeyi olub.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.