Mosulun qərbində İŞİD xəvaric terror təşkilatının minalanmış avtomobili məhv edilib – VİDEO
1. 153 dəfə baxılıb
İŞİD xəvaric terror qruplaşmasının minalanmış avtomobili İraqın Mosul şəhərinin qərbində hərbçilərə hücum zamanı partladılaraq məhv edilib.
Selefxeber.az-ın məlumatına görə, “Report” xarici mediaya istinadən xəbər verir ki, minalanmış avtomobilin məhv edilməsi görüntüsü “YouTube”a yerləşdirilib.
Videogörüntüdə avtomobilin sulu xəndəyə düşdüyü və bu zaman İraq hərbçiləri tərəfindən partladıldığı əks olunur. Partlayış zamanı neçə İŞİD silahlısının məv edilməsi barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Mosul şəhəri 2 ildən çoxdur İŞİD-in nəzarəti altındadır. Şəhərin terrorçulardan azad edilməsi məqsədilə quru əməliyyatı oktyabrın 17-də başlayıb.
Əməliyyatda İraq ordusu və könüllülər iştirak edir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İraq hərbçilərinə havadan dəstək verir və terrorçuların mövqelərinə artilleriya zərbələri endirirlər.
Hazırda şəhərə hücum edən hərbçilərin sayı 100 min nəfərdən çoxdur. ABŞ kəşfiyyatının məlumatına görə, Mosulda onlara 5 minə yaxın silahlı müqavimət göstərir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”