Müasir Məkkəyə səyahət – FOTO
869 dəfə baxılıb
Əsrlər boyu İslam dünyasının mənəvi mərkəzi olan Məkkə artlq meqa şəhərlər siyahısında yer alaraq, XXI əsrin həcc və yüksək texnologiyalar mərkəzinə çevrilir.
1. “Məscidül-Həram”da quraşdırılmış ekskalatorlar vasitəsilə əhali daha rahat hərəkət edir.
2. “Abrac əl-Beyt” ticarət mərkəzinin alıcıları namaz zamanı.
3. Yəmənli zəvvarlar “Abrac əl-Beyt” kafelərinin birində nahar edir.
4. Hər gün 10 minlərlə zəvvar təvaf üçün Kəbəyə axın edir.
5. “Məscidül-Həram” muzeyində Müqəddəs Məscidin maketi.
6. İndoneziyalı zəvvarlar Müqəddəs Məscidi ziyarət edirlər.
7. Otel otağından “Məscidül-Həram”ın görünüşü.
8. Mədinə şəhərində quraşdırılmış 200-dən çox çətir zəvvarları günəşdən və yağışdan qoruyur.
9. Müqəddəs Məscidin daxili görünüşü.
10. Müqəddəs Məsciddə genişləndirmə işləri başa çatdıqdan sonra sahəsi 1,47 milyon kvadrat metr təşkil edəcək.
11. Polis əməkdaşları səsucaldıcıların köməyi ilə zəvvarları lazım olan istiqamətə yönəldirlər.
12. Həcc zamanı Müqəddəs Məscidin ətrafında 3 milyona yaxın adam toplaşır.
13. Müqəddəs Məscid hər gün 24 saat Səudiyyə Teleradio Yayım Şirkəti tərəfindən birbaşa canlı yayımlanır.