Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Müdafiə nazirinin Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb

Aprel 04
17:47 2017

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 4-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.

Selefxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Z. Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud, Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, Baş nazirin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər