Müharibə zamanı uşaqlar necə əylənirlər?
842 dəfə baxılıb
Sələf Xəbər: Uşaqlar bizə verilmiş ən gözəl və ən dəyərli dünya nemətidir. Hər birimiz bəxş edilmiş bu neməti qorumalı və bu yolda bütün səylərimizi səfərbər etməliyik. Münaqişələr, çəkişmələr və müharibələr qanlı və acınacaqlı sonluqla başa çatır. Ən çox əziyyət çəkənlər isə məsum körpələr və uşaqlar olur. Bəlkə də “Azadlıq!”, “Demokratiya!” harayı çəkib meydanlara axışan suriyalılar bu görüntüləri əvvəlcədən görsəydilər heç vaxt atdıqları addımı atmaz, səbr edib Allahdan daha xeyirlisini istəyərdilər. Allahdan hər bir körpəyə əminamanlıq və xoş həyat arzu edirik.
Sələf Xəbər http://arabic.rt.com saytına istinadən sizi azyaşlı uşaqların silahlı qarşıdurmalar və müharibələr zamanı çəkilmiş fotoşəkilləri ilə tanış edir:
Suriya prezidenti Bəşər Əsədin ordusu ilə Suriyalı qiyamçılar arasında baş vermiş çəkişmələr səbəbi ilə İdlibin cənubunda uşaqlar üçün çadır şəhərciyi salınmışdır.
Suriyalı uşaq su hövzəsinə baş vurur. 10 iyul 2014-cü il. Hələb şəhəri əş-Şiar küçəsi
Birləşmiş Millətlər Təşkilatının 17 iyun 2013-cü ildə təşkil etdiyi “Oyun Həftəsi” ərəfəsində Fələstinli qız uşaqlarının Qəzza şəhərində oynaması.
İraqın əl-Musil şəhərində gedən şiddətli döyüşlərdən qaçmış uşaqlar Ərbil şəhərinin yaxınlığındakı çadır şəhərciyində oynayırlar.
Əfqan uşaqlar Kabul şəhəri yaxınlığında voleybol oynayırlar. 23 Oktyabr, 2014.
Tankın lüləsi üzərində oynayan Əfqanıstanlı uşağın təbəssümü. 26 Sentyabr, 2011.
Əfqanıstanlı uşaqlar Kabul şəhəri yaxınlığında təpənin üzərində xaraba qalmış avtomobilin üstündə oynayırlar. 18 Oktyabr, 2012.
Ər-Rəqqa şəhərinin küçələrinin birində suriyalı uşaqlar tabut səhnəsi nümayiş etdirərək oynayırlar. 12 Avqust, 2013.
Sələf Xəbər: Müharibələr, münaqişələr bu yerlərdə yaşayan uşaqların həyatına dağıdıcı təsir göstərir. Ya uşaqlar özləri tələf olur, ya da uşaqlığın özü məhv edilir. Milyonlarla uşaq qorxu altında ac-yalavac yaşamağa məcburdur. Axı, onlar da bu dünyada əzizlənmək, firavan yaşamaq, layiqli övlad, vətəndaş olmaq arzusundadır. Onlar da həqiqi oyuncaqlarla oynamağa layiqdirlər. Bu uşaqlar isə müharibənin dəhşətindən qalan vasitələri oyuncağa çeviriblər.
Uca Allah yardımçı olsun! Bütün bu dəhşətlər sona çatsın!