Münaqişə 180 mindən çox suriyalının həyatına son qoyub
Avqust 23
17:31
2014
859 dəfə baxılıb
APA-nın Londonda yerləşən “Syrian Observatory for Human Rights” təşkilatına istinadən verdiyi məlumata görə, Suriyada 2011-ci ildən başlayan münaqişə nəticəsində ölənlərin sayı 180 min nəfəri ötüb.
Ölənlərdən 59 min nəfər dinc sakin olub.
Onların arasında 9400 uşaq və 6000 qadın olub.
Silahlı müxalifətin və hökumət qüvvələrinin itkiləri də açıqlanıb. Məlum olub ki, münaqişə nəticəsində 50 min silahlı və 40 mindən çox əsgər ölüb.