Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Müqəddəs Kəbə məscidində nəhəng çətirlər quraşdırılacaq – FOTO

Dekabr 22
10:45 2014

“Sələf Xəbər” www.arabnews.com saytına istinadən xəbər verir ki, İki Müqəddəs Məscidin xadimi Kral Abdullah Müqəddəs Kəbə məscidinin həyətində Mədinədəki Peyğəmbər Məscidinin həyətindəki çətirlərin bənzəri olan 300 çətirin quraşdırılması ilə bağlı layihəni təsdiqləyib.

Məkkə Şahzadəsi Mişal bin Abdullah məscidin həyətində qızmar günəş altında ibadət edən möminlərə göstərdiyi diqqət və qayğıya görə krala öz təşəkkürünü bildirib.

“Biz bu yaxınlarda genişləndirilmiş ərazilər də daxil olmaqla Kəbə məscidinin həyətində 300 çətir quraşdırmaq qərarına gəlmişik”,- deyərək İki Müqəddəs Məscidin Rəyasət Heyətinin sədri şeyx Əbdul Rəhman əl-Sudeys bildirib.

O bildirib ki, çətirlər məscidin ətrafındakı 275 min m2-lik açıq ərazini əhatələyəcək. Mədinədəki Peyğəmbər Məscidində zəvvarların rahatlığı üçün 250-yə yaxın çətir quraşdırılıb. Çətirlərin hərəkət edən hissələrinin toqquşmaması üçün onların çiçək açan güllər tək bir dəqiqə ərzində açılıb-bağlanması nəzərdə tutulub.

Demək olar ki, səssiz şəkildə baş verən bu əməliyyat gündəlik temperatura müvafiq olaraq avtomatik şəkildə həyata keçirilir. Çətirlər hər səhər açılaraq yarımşəffaf tavana çevrilir və hər axşam 3 dəqiqədən də az müddət ərzində yığılır. Yay mövsümündə açıq çətirlər kölgəlik əmələ gətirir və günəş işığının çox hissəsini özündə əks etdirir. Gecə isə bağlanaraq daş döşəmələrin və divarların canına çəkdiyi artıq istiliyin atmosferə qayıtmasına imkan verir.

Qışda isə proses əksinə baş verir. Temperatur nisbətən aşağı olduqda, çətirlər gün ərzində bağlı qalır və qış günəşinə ərazini qızdırmağa imkan verir, gecə isə istiliyi yer səviyyəsinə yaxın saxlayır. Məsciddə hava kondisionerləri işləyir. Həyətdə temperaturun aşağı salınması içərinin sərinləşdirilməsinə olan tələbi azaldır. Buna həyətin kölgələndirilməsi ilə nail olunur və zəvvarların, ibadət edənlərin rahatlığı təmin edilir.

📷
sx-news-1239a
📷
sx-news-1239b
📷
sx-news-1239c

 Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah deyir: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə).

Digər xəbərlər