Müqəddəs Kəbənin təvaf körpüsü sökülür – VİDEO
907 dəfə baxılıb
Məkkədə Müqəddəs Kəbənin təvafı üçün tikilmiş müvəqqəti dəyirmi körpünün söküntüsü başlayıb.
Xatırladaq ki, müvəqqəti körpü təvaf zamanı izdihamı azaltmaq məqsədilə 2013-cü ilin avqust ayında inşa edilmişdi.
“Əl-Haram” məscidindəki “Kral Fəhd layihəsi” adı altında aparılan genişləndirmə işlərindən sonra müvəqqəti körpüyə ehtiyac qalmayıb. Artıq buraya gələn zəvvarlar Müqəddəs Kəbəni rahat şəkildə təvaf edə biləcəklər.
Qeyd edək ki, yeni layihəyə əsasən, birinci mərtəbə sadə təkərli əlil arabalarındakı zəvvarlar, ikinci mərtəbə isə elektrik təkəri ilə işləyən əlil arabalarında təvaf edən zəvvarlar üçün nəzərdə tutulub.
Bütün mərtəbələrin inşaasının Ramazan ayı başlayana kimi bitirilərək istifadəyə veriləcəyi bildirilib. Tikinti işləri bitdikdən sonra Müqəddəs Kəbəni hər saatda 107 000 zəvvar təvaf edə biləcək.
Mənbə: Al Arabiya
Sələf Xəbər: Uca Allah buyurur: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Allah) dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 126-cı ayə)
“İbrahim (ona salam olsun) Məscidülharamda namaz qılarkən Allaha dua etdi ki, Məkkəni təhlükəsiz şəhər etsin və onun əhalisinə hər cür məhsullardan ruzi bağışlasın. Sonra İbrahim peyğəmbər (ona salam olsun) öz duasını möminlərlə bağlayır və Allaha olan ehtiramını büruzə verir. Amma onun duasının birinci hissəsi ümumi səciyyə daşıyırdı və buna görə də Allah onun duasına cavabını, zalımlardan başqa, hamıya aid etdi.
Digər tərəfdən, İbrahim peyğəmbər (ona salam olsun) Allahdan şəhərin əhalisinə ruzi verməsini dilədi və bunu ancaq möminlər üçün istədi. Allah isə ruzini həm mömin və itaətkar dindarlara və həm də kafirlərə və münafiqlərə verir. Məhz buna görə Allah xəbərdar edir ki, ruzi şəhərin bütün sakinlərinə, həm müsəlmanlara, həm də kafirlərə veriləcəkdir. Müsəlmanlar maddi nemətləri Allaha ibadət xatirinə istifadə edəcəklər və sonra Cənnət bağlarına yollanacaqlar, kafirlər isə, maddi nemətlərdən ancaq qısa müddət ərzində ləzzət alacaqlar, sonra isə məcburən ən pis sığınacağa – Odlu Cəhənnəmə göndəriləcəklər.” (Bax “Təfsir Əs-Saadi”).