Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Müsəlman dünyası Ramazan ayına eyni vaxtda başlamasını müzakirə edəcək

May 27
16:25 2016

Ramazan bütün islam dövlətlərində eyni tarixdə qeyd ediləcək.

Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilal Gözlem Projesinin birgə təşkilatçılığı ilə 28-30 may tarixlərində İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi Konqresi keçiriləcək.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Konqresə müxtəlif ölkələrdən İslam alimləri, dövlət rəsmiləri qatılacaq. Konqresdə vahid hicri təqvim layihəsinin, bütün müsəlman dünyasının Ramazan ayına eyni vaxtda başlaması və Ramazan bayramını eyni gündə qeyd etməsi məsələləri müzakirə ediləcək.

50 ölkədən 171 nümayəndənin iştirakı gözlənilən Konqresdə Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev təmsil edəcəklər.

Sələf Xəbər: Müqəddəs Ramazan ayı səmada yeni ayın çıxması ilə başlayır. Uca Allah buyurur: “Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 185-ci ayə)

Məhəmməd peyğəmbər (ona Allahın salavat və salamı olsun) deyib: “Yeni doğmuş ayı gördükdə oruc tutun. Və onu gördükdə iftar edin. Əgər yeni doğmuş ayı görə bilməsəniz, onda olduğunuz ayı otuz gün hesablayın”. (Buxari)

Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik!

Digər xəbərlər