Müsəlman milyarder şirkətinin 10%-ni işçilərinə bağışlayıb
882 dəfə baxılıb
5 milyard dollar həcmində qiymətləndirilən yoqurt istehsalı üzrə şirkətin icraçı direktoru şirkətinin 10%-ni öz işçilərinə bağışlayıb.
Amerikalı müsəlman milyarderin şirkətində təxminən 2 min adamın işlədiyini nəzərə alsaq, onun hədiyyə etdiyi 10% paydan hər işçiyə 150 min dollar düşür.
Həmdi Uluqaya “Chobani” yoqurt istehsalı şirkətini sıfırdan qurub. Şirkəti zamanla böyüdən şirkət sahibi sərvətini artıraraq bir neçə milyarda çatdırmağı bacarıb.
Müsəlman milyarder şirkətə böyük bir ailə gözü ilə baxdığı üçün şirkətin uğurlarını hər zaman əməkdaşları ilə bölüşmək arzusunda olduğu söyləyərək belə bir addım atdığını bildirib.
Mənbə: İslam-today
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 97-cİ ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir.” (Bax “Təfsir Əs-Saadi”).