Müsəlman ölkələri “İŞİD”-ə nifrət edir – TƏDQİQAT
647 dəfə baxılıb
“İslam Dövləti” adı altında fəaliyyət göstərən “İŞİD” xəvaric terror qruplaşmasının Müsəlman dünyasına vurduğu zərər və fəlakətlər səbəbiylə müsəlmanların çoxluq təşkil etdiyi bir çox ölkələrin əhalisi bu qruplaşmaya nifrət edir.
“Pew Research” Sosial Tədqiqat Mərkəzinin Fələstin də daxil olmaqla, müsəlman çoxluğu təşkil edən 11 ölkədə apardığı yeni araşdırma nəticəsində məlum olub ki, əhalinin 15% dən az qismi “İŞİD” xəvaric terror qruplaşmasına müsbət yanaşır.
“Sələf Xəbər” US News – a istinadən xəbər verir ki, göstəricilərə görə, Livanda respondentlərin 99%-i, iordaniyada – 94%, Fələstində – 84%, İndoneziyada – 79%, Türkiyədə – 73%, Malaziyada – 64% terror qruplaşmaya son dərəcə mənfi münasibət bildiriblər.
Hər bir ölkədə respondentlərin bir neçə faizi “İŞİD”-ə münasibət sualına “bilmirəm” cavabını verib. Ən çox “bilmirəm” cavabı verən ölkə isə Pakistan olubdur. Burada göstərici 62% təşkil edib.
2014-cü ildə “Boko Haram” qrupu tərəfindən 6644 nəfərin qətl edildiyi Nigeriya əhalisinin 66%-i “İŞİD” xəvaric terror qruplaşmasına mənfi münasibət bildirdiyi halda, 20%-i hər hansı bir fikir söyləməkdə çətinlik çəkib.