Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Müsəlman qardaşlar” ikinci ömürlük cəza aldı

Sentyabr 16
18:48 2014

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Misirdə “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Badiaya və təşkilatın daha 14 fəalına ikinci ömürlük cəza verilib.

Onların hamısı ən azı 9 nəfərin ölümündə və zorakılığa təhrik etməkdə təqsirli biliniblər.

Bundan əvvəl Badia, Məhəmməd Mursinin devrilməsinə qarşı nümayişlərdə iştirak ittihamı ilə ölüm cəzasına məhkum edilmişdi, lakin sonra bu qərar ömürlük cəza ilə əvəzlənmişdi.

Ümumilikdə Badiaya qarşı 30-dan çox cinayət işi qaldırılıb.

Xatırladaq ki, Misir “Müsəlman Qardaşları” hərəkatını terrorçu təşkilat elan edib.

 Sələf Xəbər: Məşhur alim şeyx Salih Əli Şeyx (Allah onu qorusun) “Müsəlman Qardaşlar” təriqətinin hədəfləri barədə bunları deyib: “Onların çağırışının hədəfi – dövlətlətçiliyə nail olmaqdır (dövlətdə hakimiyyəti əldə etmək). İnsanları Böyük və Uca Allahın cəzasından qurtarmağa, Onun rəhmətinə nail olmağa gəldikdə isə… İnsanları qəbir əzabından və Cəhənnəm cəzasından xilas edəcək, onları Cənnətə aparacaq və ona yaxınlaşdıracaq əməllərə yönəltməyə – onda yox!

Buna onlar çox az diqqət ayırırlar, və buna böyük əhəmiyyət vermirlər”. Başqa görkəmli İslam alimi, mərhum Məhəmməd Nəsrəddin Əl-Albani (Allah ona rəhmət etsin) demişdir: ““Müsəlman qardaşlar” hərəkatı Əhli Sünnəyə aiddir demək yanlışdır, çünki onlar sünnəyə qarşı çıxırlar”. (“Təbliq” və “İxvan əl-muslimun” haqqında mühazirənin audioyazısından, Ər-Riyad, “Minhəc əs-sünnə” səsyazma studiyası).

Digər xəbərlər