Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Müsəlman qardaşlar”-ın liderlərinə 15 il iş verildi

Oktyabr 13
19:09 2014

“Sələf Xəbər”-in Bakupost-a istinadən xəbərinə görə, Qahirə Cinayət Məhkəməsi fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” terror təşkilatının liderlərindən bir neçəsi barədə hökm çıxarıb.

Onlar “2011-ci il inqilabı” zamanı opponentlərini işgəncələrə məruz qoymaqda ittiham olunaraq uzunmüddətli həbs cəzasına məhkum ediliblər.

Yerli KİV-lərin verdiyi məlumata görə, Məhəmməd əl-Beltaqi, vaiz Safuat Hiqazi, keçmiş parlamentin deputatı Hazem Faruk və Qətərin “Əl-Cəzirə” telekanalının əməkdaşı Əhməd Mənsurə 15 il iş kəsilib.

Terror təşkilatının bu iş üzrə mühakimə olunan daha bir neçə nümayəndəsi, o cümlədən gənclərin işləri üzrə sabiq nazir Üsəma Yasin isə 3 müddətinə azadlıqdan məhrum edilib.

 Sələf Xəbər: Görkəmli İslam alimi Məhəmməd Nəsrəddin Əl-Albani (Allah ona rəhmət etsin) demişdir: ““Müsəlman qardaşlar” hərəkatını Əhli Sünnəyə (Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yolu) aiddir demək yanlışdır, çünki onlar Sünnəyə qarşı çıxırlar”. (“Təbliq” və “İxvan əl-muslimun” haqqında mühazirənin audioyazısından, Ər-Riyad, “Minhəc əs-sünnə” səsyazma studiyası).

Digər xəbərlər