Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Müsəlman qardaşları” terror təşkilatı Misirdən əl çəkmir

İyul 04
10:44 2014

“əl-Ərəbiyyə” kanalının verdiyi xəbərə görə, Misir polis qüvvələri Misirin keçmiş prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşma ildönümü ərəfəsində “Müsəlman qardaşları” terror təşkilatı üzvlərinin mitinq edəcəyindən ehtiyatlanaraq, Qahirənin mərkəzində yerləşən “Təhrir” meydanı və ora aparan yolları nəzarətə götürüb.

İskəndəriyyə şəhərində isə Mərkəzi bank meydanında artıq bu təşkilat tərəfindən icazəsiz nümayiş keçirmək cəhdi uğursuzluqla sona çatmış, 7 nəfər saxlanılmışdır.

Bu ərəfədə, adı çəkilən təşkilat ölkənin müxtəlif şəhərlərində mitinq edəcəklərini bildirir.

Xatırladaq ki, “Müsəlman qardaşları” hakimiyyətə gəldikdən az sonra, xalq tərəfindən, 2013-cü il iyunun 30-da hakimiyyətdən uzaqlaşdırılıblar. Başda Mursi olmaqla, bu təşkilatın bir neçə üzvü, dinc nümayişçilərə qarşı odlu silah işlətmək və xarici qüvvələrlə əlbir olaraq vətənə xəyanət etmək maddələri ilə ittiham olunaraq, məhkəmələrini gözləməkdədirlər.

Bu yaxınlarda keçirilən prezident seçkilərində isə keçmiş müdafiə naziri Əbdulfəttah Sisi böyük səs çoxluğu ilə qalib gələrək Misirin yeni prezidenti seçilmişdir.

 Sələf Xəbər: Məşhur alim şeyx Salih Əli Şeyx (Allah onu qorusun): “Müsəlman Qardaşlar” təriqətinin hədəfləri barədə bunları deyib: “Onların çağırışının hədəfi – dövlətçiliyə nail olmaqdır (dövlətdə hakimiyyəti əldə etmək). İnsanları Böyük və Uca Allahın cəzasından qurtarmağa, Onun rəhmətinə nail olmağa gəldikdə isə… İnsanları qəbir əzabından və Cəhənnəm cəzasından xilas edəcək, onları Cənnətə aparacaq və ona yaxınlaşdıracaq əməllərə yönəltməyə – onda yox! Onlar bunlara çox az diqqət ayırırlar, və buna böyük əhəmiyyət vermirlər”  (http://www.safeshare.tv/w/oJANKICesg).

Digər xəbərlər