Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Müsəlman qardaşların” 19 üzvü həbs cəzası aldı

Sentyabr 30
17:01 2014

“Sələf Xəbər” Star qəzetinə istinadən xəbər verir ki, Misir məhkəmə orqanlarının yaydığı məlumata görə, Tanta şəhəri Cəza Məhkəməsi ölkədə terror təşkilatı elan edilmiş “Müsəlman qardaşlar” qruplaşmasına üzv olmaq və icazəsiz nümayiş keçirməkdə təqsirli bilinən 19 nəfərə 10 il həbs cəzası verilib, 26 nəfər isə sərbəst buraxılıb.

Məhkəmə bütün şübhəli şəxslərin 5 il müddətində məhkəmənin nəzarəti altında saxlanılmasına qərar verib.

Digər tərəfdən, “icazəsiz nümayiş keçirmək və iğtişaş törətmək” maddələri ilə təqsirli bilinən 13 nəfərin cəzasını 3 il islah-əmək koloniyasında çəkəcəyinə qərar verilib.

Keçən ilin dekabr ayında Nasr Şəhər Məhkəməsi Əl-Əzhar Universitetinin yaxınlığında “icazəsiz nümayiş keçirmək və iğtişaş törətməkdə” təqsirli bilinən 3 həkim və 10 tələbənin öz cəzasını 3 il islah-əmək koloniyasında çəkəcəyinə qərar verib.

Məhkəmə qərarının qəti qərar olmadığı və işin apelyasiya məhkəməsinə təqdim ediləcəyi bildirilib.

2013-cü ilin noyabrında müvəqqəti prezident Ədli Mansur tərəfindən təsdiqlənmiş, ölkə daxilində və ölkənin xaricində səs-küyə səbəb olan “nümayiş qanunu”-na riayət etmədikləri üçün daha əvvəllər də bir çox insan həbs cəzasına və cərimə ödəməyə məhkum edilmişdi.

 Sələf Xəbər: Görkəmli İslam alimi, mərhum Məhəmməd Nəsrəddin Əl-Albani (Allah ona rəhmət etsin) demişdir: ““Müsəlman qardaşlar” hərəkatı Əhli Sünnəyə aiddir demək yanlışdır, çünki onlar sünnəyə qarşı çıxırlar”. (“Təbliq” və “ixvan əl-muslimun” haqqında mühazirənin audioyazısından, Ər-Riyad, “Minhəc əs-sünnə” səsyazma studiyası).

Məşhur alim şeyx Salih Əli Şeyx (Allah onu qorusun) “Müsəlman Qardaşlar” təriqətinin hədəfləri barədə bunları deyib: “Onların çağırışının hədəfi – dövlətlətçiliyə nail olmaqdır (dövlətdə hakimiyyəti əldə etmək). İnsanları Böyük və Uca Allahın cəzasından qurtarmağa, Onun rəhmətinə nail olmağa gəldikdə isə… İnsanları qəbir əzabından və Cəhənnəm cəzasından xilas edəcək, onları Cənnətə aparacaq və ona yaxınlaşdıracaq əməllərə yönəltməyə – onda yox! Buna onlar çox az diqqət ayırırlar, və buna böyük əhəmiyyət vermirlər.”

Digər xəbərlər