Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Müsəlman qardaşların” 2 lideri 20 il həbs cəzası aldı

Sentyabr 11
13:17 2014

“Sələf Xəbər” İTARTASS-a istinadən xəbər verir ki, Qahirə cinayət məhkəməsi Misirin “Müsəlman qardaşlar” terror təşkilatının liderlərindən biri olan Məhəmməd əl-Bəltəqi və radikal təbliğatçı Safuat Hicazini 20 illik həbs cəzasına məhkum edib.

Yerli KİV-dən əldə edilən məlumata əsasən, onlar keçmiş prezident Məhəmməd Mursinin tərəfdarlarının keçirdiyi mitinqlər zamanı polislərə işgəncə verməkdə ittiham edilərək barmaqlıqlar arxasına göndəriliblər.

Mursinin devrilməsindən sonra baş verən hadisələr 2013-cü ilin yayında Misir prezidentinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra, onun tərəfdarları paytaxtın Qahirə meydanı və Rabiatul-Ədəviyyə məscidinin qarşısındakı meydanda tətil keçirdilər.

Dəfələrlə xəbərdarlıq edildikdən sonra hüquq-mühafizə orqanlarının nümayişçiləri qovması çoxsaylı insan ölümünə səbəb oldu.Etiraz aksiyaları zamanı insanları dönə-dönə zorakılığa çağıran əl-Bəltəqi və Hicazi, nümayişçilərin tutduğu iki polis məmuruna işgəncə verilməsində ittiham olunur. Həmçinin Rabiatul-Ədəviyyə meydanının sahə hospitalına rəhbərlik edən iki həkim də analoji ittihamlarla 5 il azadlıqdan məhrum ediliblər.

Onlar həmçinin Misirdə terror təşkilatı kimi tanınan “Müsəlman qardaşlara” mənsubluqlarına görə əlavə 5 il də
həbs cəzası alıblar.

Cəzanın yüngülləşdirilməsi
Daha əvvəl əl-Bəltəqi və Hicazi “Müsəlman qardaşlar” terror təşkilatının digər liderləri və həmçinin öz dini rəhbərləri olan Məhəmməd Bədiə ilə birlikdə, 2013-cü ilin iyul ayında Əl-İstiqamə məscidinin qarşısında törədilmiş hadisələrdə təqsirli bilinərək məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilmişdi. Həmin vaxt islamçıların paytaxtın mərkəzində törətdiyi iğtişaşlar zamanı qanlı qarşıdurmalar baş vermişdi.

İğtişaşlar nəticəsində 10 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı. Əl-Bəltəqi və Hicazi insanları qətl hadisələri törətməyə təhrik etməkdə təqsirli bilinmişdilər. Lakin, avqust ayının sonlarında baş tutmuş məhkəmə sessiyasında ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənmişdir.

 Sələf Xəbər:Məşhur alim şeyx Salih Əli Şeyx (Allah onu qorusun) “Müsəlman Qardaşlar” təriqətinin hədəfləri barədə bunları deyib: “Onların çağırışının hədəfi – dövlətlətçiliyə nail olmaqdır (dövlətdə hakimiyyəti əldə etmək). İnsanları Böyük və Uca Allahın cəzasından qurtarmağa, Onun rəhmətinə nail olmağa gəldikdə isə… İnsanları qəbir əzabından və Cəhənnəm cəzasından xilas edəcək, onları Cənnətə aparacaq və ona yaxınlaşdıracaq əməllərə yönəltməyə – onda yox! Buna onlar çox az diqqət ayırırlar, və buna böyük əhəmiyyət vermirlər”.

Başqa görkəmli İslam alimi, mərhum Məhəmməd Nəsrəddin Əl-Albani (Allah ona rəhmət etsin) demişdir: ““Müsəlman qardaşlar” hərəkatı Əhli Sünnəyə aiddir demək yanlışdır, çünki onlar sünnəyə qarşı çıxırlar”. (“Təbliq” və “İxvan əl-muslimun” haqqında mühazirənin audioyazısından, Ər-Riyad, “Minhəc əs-sünnə” səsyazma studiyası).

Digər xəbərlər